Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyinə həsr olunaraq, Elbası Kitabxanası və Nursultan Nazarbayev Fondu jurnalistlər üçün “Qazaxıstanın Müstəqilliyi və Elbası” müsabiqəni elan edirlər

Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyinə həsr olunaraq, Elbası Kitabxanası və Nursultan Nazarbayev Fondu jurnalistlər üçün “Qazaxıstanın Müstəqilliyi və Elbası” müsabiqəni elan edirlər

Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbasının Kitabxanası və Nursultan Nazarbayev Fondu Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyinə həsr olunan çap və elektron kütləvi informasiya vasitələrinin işçiləri arasında “Qazaxıstanın Müstəqilliyi və Elbası” adlı illik beynəlxalq müsabiqə elan edir.

Müsabiqənin məqsədi - Elbasın ideya və təşəbbüslərinin Qazaxıstan dövlətçiliyinin əsası kimi populyarlaşdırılması, ölkənin müstəqillik illərində beynəlxalq məkanda əldə etdiyi nailiyyətlərin informasiya təşviqi, çap və elektron KİV işçilərinin yaradıcılıq baxımından özünü reallaşdırması və peşəkar inkişafı üçün mənəvi və maddi stimulların yaradılması, Qazaxıstan və beynəlxalq jurnalist cəmeələrində yeni perspektivli adların üzə çıxarılmasıdır.

Müsabiqə beş nominasiya üzrə keçirilir:

  • «Ən yaxşı televiziya materialı»;
  • «Ən yaxşı radio materialı»;
  • «Qəzet və jurnallarda ən yaxşı məqalə»;
  • «İnternet-KİV-ində ən yaxşı nəşr»;
  • «Xarici KİV-də ən yaxşı nəşr».

Müsabiqədə peşəkar jurnalistlər həm fərdi, həm də kollektiv şəkildə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 10 oktyabr 2020-ci il tarixindən 10 oktyabr 2021-ci il (daxil olmaqla) tarixinədək rəsmi şəkildə dərc edilən (efirə buraxılan, internetdə yerləşdirilən) orijinal müəllif materialları qəbul edilir.

Müsabiqənin nəticələri Qazaxıstanın tanınmış jurnalistlərdən, görkəmli dövlət və ictimai xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən müəyyən ediləcək. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi Müstəqillik Günü ərəfəsində keçiriləcək.

Müsabiqədə iştirak üçün ərizələr məlumat qaydada Qazaxıstan müstəqilliyi və Elbası müsabiqəsi üçün” qeydi ilə “2021-ci ilin 1 iyundan 20 oktyabradək (daxil olmaqla) poçt göndərişi və ya presidentlibrary.pr.kz@gmail.com elektron ünvana göndərməklə qəbul edilir. Ünvan: Z05S5X1, Qazaxıstan Respublikası, Nur-Sultan, A.Bokeyxan küç., 1A, kab.343: (7172) 69-30-56, 69-30-57, 69-30-51).

Müsabiqənin şərtləri və keçirilmə müddəti barədə ətraflı məlumatla aşağıdakı saytlar vasitəsilə tanış ola bilərsiniz: www.presidentlibrary.kz və www.fnn.kz.

 

Çap, elektron və audiovizual

kütləvi informasiya vasitələrin işçiləri arasında

“Qazaxıstanın Müstəqilliyi və Elbası” açıq beynəlxalq müsabiqə haqqında

ƏSASNAMƏ

 

 

  1. Ümumi müddəalar

 

  1. “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Kitabxanası” Dövlət Müəssisəsi və Nursultan Nazarbayev Fondu Çap, elektron və audiovizual kütləvi informasiya vasitələrin (bundan sonra - KİV) işçiləri arasında müsabiqənin nominasiyaları əsasında “Qazaxıstanın Müstəqilliyi və Elbası” açıq beynəlxalq müsabiqə (bundan sonra – Müsabiqə) təşkil edirlər.
  2. Müsabiqənin nominasiyaları “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Kitabxanası” Dövlət Müəssisəsi və Nursultan Nazarbayev Fondunun birgə əmri ilə təsdiqlənir.
  3. Müsabiqənin məqsədləri:

1) müstəqilliyin otuz ili ərzində Qazaxıstanın nailiyyətlərinin populyarlaşdırılması, “Nazarbayev modeli»nin, Elbasın ideya və təşəbbüsləri Qazaxıstan dövlətçiliyinin əsası kimi təşviqi;

2) müstəqillik illərində ölkə nailiyyətlərinin beynəlxalq məkanda informasiya-imic təşviqi;

3) çap və elektron KİV işçilərinin yaradıcılıq baxımından özünü reallaşdırması və peşəkar inkişafı üçün mənəvi və maddi stimulların yaradılması;

4) Qazaxıstan və beynəlxalq jurnalist cəmeələrində yeni perspektivli adların üzə çıxarılması;

5) Elbası Kitabxanasının arxiv, kitabxana və ekspozisiya fondlarından olan materiallarının media dövriyyəsinə buraxılması.

  1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1) “ən yaxşı televiziya materialı” (televiziya xülasəsi, xəbər videosu, analitik icmal, xüsusi reportaj, müsahibə, şərh, sənədli film);

2) “ən yaxşı radio materialı” (radio proqramı, radio icmal, radio xülasəsi, radio quruluşu, analitik icmal, müsahibə);

3) “qəzet və jurnallarda ən yaxşı məqalə” (məqalə, xülasə, esse, analitik icmal, reportaj, müsahibə);

4) “internet mediasında ən yaxşı nəşr” (informasiya məlumatı, xülasə, analitik icmal, müsahibə, reportaj, icmal, esse);

5) “xarici mətbuatda ən yaxşı nəşr” (Qazaxıstan və Qazaxıstan Respublikasının Birinci Prezidentinin təşəbbüsləri haqqında xarici mətbuatda dərc edilən materiallar).

  1. Müsabiqə haqqında bütün məlumat müsabiqə təşkilatçılarının saytlarında yerləşdirilir www.presidentlibrary.kzwww.fnn.kz.
  2. Müsabiqə iştirakçılarının informasiya və texniki dəstəyi məqsədilə Kitabxananın www.presidentlibrary.kz saytında və YouTube portalında (kanal: Birinci Prezidentin Kitabxanası) Elbası kitabxanasının fəaliyyəti haqqında videomateriallar yerləşdirilib.

 

  1. Nominasiyalar üzrə mükafatların məbləği

 

  1. Müsabiqənin mükafat fondu 11 000 000 təngə təşkil edir və nominasiyalar üzrə aşağıdakı kimi bölüşdürülüb:

“Ən yaxşı televiziya materialı”:

1 yer-1 000 000 təngə

2 yer-700 000 təngə

3 yer-500 000 təngə.

“Ən yaxşı radiomaterial”:

1 yer-1 000 000 təngə

2 yer-700 000 təngə

3 yer-500 000 təngə.

“Qəzet və jurnallarda ən yaxşı məqalə”:

1 yer-1 000 000 təngə

2 yer-700 000 təngə

3 yer-500 000 təngə.

“İnternet mediasında ən yaxşı nəşr”:

1 yer-1 000 000 təngə

2 yer-700 000 təngə

3 yer-500 000 təngə.

“Xarici mediada ən yaxşı nəşr”:

1 yer-1 000 000 təngə

2 yer-700 000 təngə

3 yer-500 000 təngə.

  1. Mükafat yerlərini tutan müsabiqə iştirakçıların xüsusi döş nişanları, şəhadətnamələr, diplomlar və pul mükafatları verilir.

 

  1. Keçirilmə tarixləri və müsabiqənin şərtləri

 

  1. Müsabiqədə iştirak etmək üçün 10 oktyabr 2020-ci il tarixindən 10 oktyabr 2021-ci il tarixinədək (daxil olmaqla) rəsmi şəkildə dərc edilən (ilk dəfə efirə buraxılan, internetdə yerləşdirilən) orijinal materiallar qəbul edilir.
  2. Müsabiqədə iştirak üçün ərizələr məlumat qaydada və “Qazaxıstan müstəqilliyi və Elbası müsabiqəsi üçün” qeydi ilə poçt göndərişilə 2021-ci ilin 1 iyundan 20 oktyabradək (daxil olmaqla) Z05S5X1, Qazaxıstan Respublikası, Nur-Sultan, A.Bokeyxan küç., 1A, kab.343 ünvanına, eləcə də presidentlibrary.pr.kz@gmail.com elektron poçta göndərilməklə qəbul olunur. Əlaqə nömrələri: (7172) 69-30-56, 69-30-57, 69-30-51).
  3. Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər əsas sayılır:

1) əlavə olunan forma əsasında ərizə-anket;

2) müsabiqə işi;

3) şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti;

4) media rəhbəri tərəfindən təsdiq edilmiş iş yerindən arayış;

5) KİV-də materialın dərc edilməsi (nümayişi) barədə efir sertifikatı.

  1. Müsabiqəyə fərdi və kollektiv şəkildə iştirak edən müəlliflər qatıla bilərlər. Fərdi və ya kollektiv şəkildə iştirak edən müəlliflərin yalnız bir nominasiyada iştirak etmək hüququ var. İşlər arasında bir adla birləşdirilmiş materialların silsiləsinin iştirakına yol verilir.
  2. Ərizəni imzalayarkən müəllif (müəlliflər kollektivi) avtomatik olaraq müsabiqə təşkilatçılarına müsabiqə işini öz mülahizəsinə əsasən KİV-də yerləşdirməyə razılıq verir.
  3. Müsabiqə işlərinin təqdim edilməsi forması:

1) televiziya məhsulu - internet keçidlərini göstərməklə diskdə olan videomaterial;

2) radio yayımı məhsulu – diskdə olan audio material və yayım faktını təsdiq edən sənəd;

3) dövri çap məhsulu - internet keçidlərini göstərilməklə diskdə olan məqalənin skan edilmiş elektron nüsxəsi;

4) internet-KİV–in məhsulu – internet keçidlərini göstərilməklə diskdə olan  “Word” formatında nəşrin elektron nüsxəsi.

  1. Müsabiqə işləri həcminə görə məhdudlaşmır.
  2. Müsabiqə işlərinin qiymətləndirilməsi meyarları (10 ballıq şkala üzrə):

1) müsabiqə işinin məzmununun müsabiqənin mövzu və məqsədlərinə uyğunluğu;

2) Yaradıcı yenilik və ideyanın orijinallığı;

3) iş məzmun dərinliyi;

4) texniki icra səviyyəsi (infoqrafika, 3D qrafika və s. istifadə səviyyəsi daxil olmaqla);

5) ümumi estetik və emosional qavrayış.

  1. Müsabiqə işləri dünyanın bütün dillərində qəbul edilir.
  2. Məzmununun düzgünlüyünə və müsabiqə işinin müəllifliyinə görə məsuliyyəti müəllif (müəlliflər kollektivi) daşıyır.
  3. Reklam xarakterli işlərə müsabiqədə iştiraka yol verilmir.
  4. Lazım gələrsə, müsabiqənin təşkilatçıları müsabiqə iştirakçılardan materialın həqiqiliyini, onun dərc etmə vaxtını və müəllifliyini təsdiq edən əlavə məlumatları tələb edə bilərlər.
  5. Müsabiqənin təşkilatçıları ayrı-ayrı nominasiyalar və yerlər üzrə mükafatlar almamaq, həmçinin mükafat fondunu nominasiyalar arasında yenidən bölüşdürmək hüququnu özündə saxlayırlar.
  6. Müsabiqəyə göndərilən işlərə resenziya yazılmır və geri qaytarılmır.

 

  1. Müsabiqəyə yekun vurulması

 

  1. Müsabiqənin yekunu Müsabiqə Komissiyası tərəfindən vurulur.
  2. Müsabiqə ərizələri 2021-ci ilin 1 iyundan 20 oktyabradək (daxil olmaqla) qəbul edilir.
  3. Müsabiqə işlərinin seçilməsi və müsabiqənin nəticələrinin yekunlaşdırılması 25 noyabr 2021-ci il tarixinədək aparılır.
  4. Müsabiqənin qaliblərinin mükafatlandırılması ilə bağlı təntənəli mərasim 1-13 dekabr 2021-ci il tarixlərdə keçiriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

FORMA

 

 

KİV işçiləri arasında “Qazaxıstanın müstəqilliyi və Elbası” açıq beynılxalq müsabiqədə iştirakı üçün

ƏRİZƏ-ANKET

 

İştirakçının soyadı, adı, atasının adı (tam olaraq):_____________________

 

Doğum tarixi__________________________________________________

 

İş yeri, vəzifəsi:________________________________________________

________________________________________________________________

 

Nominasiya:__________________________________________________

 

Müsabiqə işinin adı:____________________________________________

________________________________________________________________

________________________________________________________________

 

Müsabiqə işinin (audiovizual) davamlığı:____________________________

 

Müsabiqə işinin buraxılış vaxtı:___________________________________

 

Əlavə telefonları:_______________________________________________

 

Elektron ünvan:_______________________________________________

 

Poçt adresi, indeks: ____________________________________________

 

Müsabiqə şərtləri ilə razıyam:

 

_________________             ( ___________________________ )

imza                                      SAA

 

«____» ___________________ 2021-ci il

 

Qeyd: Ərizənin bütün bəndləri doldurulmalıdır.